IQNA

BƏƏ-dən olan savadsız qoca nənə Quranı hifz etdi

0:18 - January 26, 2016
Xəbər sayı: 3480097
Tehran, 26.01.2016 – Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 82 yaşlı qoca qarı Quran-Kərimin 10 cüzünü hifz etdi.















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "KTimes" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 82 yaşlı savadsız qoca nənə Quran-Kərimin 10 cüzünü hifz etməyə müvəffəq olub.

BƏƏ-nin Rəsul-Xeymə əmirliyinin İzn rayonundan olan qoca nənə Şeyxə Zaen Səid əs-Süreydi oxuma və yazma bilmədiyi halda güclü iradəsi ilə Quranı əzbərləyə bilib və qocalıq onun bu iradəsinə mane ola bilməyib.

O heyvandarlıqla məşğuldur, Quranı dicital vasitələrlə dinləyərək əzbərləyə bilib.

Şeyxə Zaen Səid əs-Süreydi bu barədə deyib: "Mən oxuyub – yazma bilmirəm, amma müasir electron avadanlıq və vasitələrdən istifadə edərək Quranı dinləyib və təkrarlamışam və əzbərləməyə müvəffəq olmuşam”.

O, İzn bölgəsinin Quran mərkəzində qeydiyyatdan keçərək Quranı tam əzbərləmək istəyir.

Xanım Şeyxə Zaen Səid əs-Süreydi BƏƏ-nin milli Quran yarışmalarına da qatılmaq niyyətindədir.

http://iqna.ir/fa/news/3470083


captcha