İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məsdər” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Liviyanın "Terrorizim Araşdırmaları Mərkəzi” 700 tunisli qadının Suriya, Liviya və İraqda İŞİD terroristlərinə qoşulduğu barədə məlumat verib.
Liviyanın "Terrorizim Araşdırmaları Mərkəzi” verdiyi məlumata əsasən, Şimali Afrikada qadın və qızları terrorist qruplaşmalara cəzb etmək üçün gizli cinayətkar şəbəkələr fəaliyyət göstərirlər.
Bu mərkəz elan etdi: İndiyədək Suriya, İraq və Liviyada 700 tunisli qadın həmin şəbəkələrin vasitəsi ilə terrorist qruplaşmalara cəzb olunublar. Və onlar hazırda bu qadınları öz Liviyadakı sıralarına daxil etmək niyyətindədirlər.
Məlumatda deyilir ki, Liviyada İŞİD-ə qoşulan qadınlar əsasən Tunis, Sudan, Çad, Mali və Əlcəzairdəndirlər. Həmçinin deyilir ki, Liviyada İŞİD-ə qoşulan qadınların sayı İŞİD sıralarına qoşulan qadınların 3 %-ni təşkil edir.
http://iqna.ir/fa/news/3473375