IQNA

Amerikanın basketbol ulduzu:

Quran bizi sülh üçün çalışmağa təşviq edir

8:55 - February 09, 2016
Xəbər sayı: 3480156
Tehran, 09.02.2016 – Feredinand Luyiz Alsindur J. R – Amerikanın basketbol ulduzu dedi: Quran-Kərim bizi sülh üçün çalışmağa, yaxşı və bəyənilmiş işləri görməyə təşviq edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məşahir” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam dinini qəbul etdikdən sonar adını dəyişərək Kərim Əbdül-Cəbbar qoyan Feredinand Luyiz Alsindur J. R – Amerikanın basketbol ulduzu, dedi: Quran-Kərim insanları dünyada sülhün yaranması üçün çalışmağa, insanların ictimai əlaqələrini yaxşılaşdıran və yaxınlaşdıran yaxşı və bəyənilmiş işləri görməyə təşviq edir.

Kərim Əbdül-Cəbbar CNN xəbər kanalının GPC proqramı ilə müsahibəsində "bəziləri müqəddəs İslam dinini qərəzli şəkildə zorakılıq və irqçilik dini kimi təbliğ edirlər, sizin bu barədə fikriniz nədir” sualının cavabında dedi: İslam barəsində deyilmiş bəzi sözlər və mövzular Həzrət İslam Peyğəmbərinin (s) zamanında baş verən tarixi məsələlərə aiddir ki, əgər insanlar bu məsələlər barədə dəqiq bilgilərə sahib olmasalar, Quran ayələrini səhv təfsir edəcəklər.

Amerikanın basketbol ulduzu dedi: UCLA Universitetində (Amerikanın etibarlı tədqiqat universitetlərindən biri) tələbə olduğum zaman ABŞ-ın qaradərili müsəlmanlarının lideri və İnsan Hüquqları Müdafisəi üzrə müsəlman aktivisti Malkum İksin həyatını mütaliə etdikdən sonra müqəddəs İslam dini haqqında araşdırmalara başladım.

Qeyd edək ki, Feredinand Luyiz Alsindur J. R – Amerikanın basketbol ulduzu, 1947-ci ilin Aprel ayının 16-da NyuYorkda anadan olub. O, müqəddəs İslam dinini qəbul etdikdən sonar adını dəyişərək Kərim Əbdül-Cəbbar qoymuşdur.

Kərim Əbdül-Cəbbar hazırda basketbol ilə vidalaşıb və Amerikanın təhlükəsizlik polisində xidmət edir. Amma vaxtilə "Milvaki Baks” və "Los Anciles Likerz” basketbol komandalarının üzvi olub.

http://iqna.ir/fa/news/3473947


captcha