İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.az-a istinadla xəbər verir ki, "Məhəmməd Rəsulullah (s)" filminin beynəlxalq nümayişləri çərçivəsində bu həftənin bazar və birinci günləri film İraqın Bağdad mərkəzi teatrında nümayiş olunub.
Filmin nümayişindən sonra İraqın mədəniyyət naziri Fəryad Ravandzi, Məhəmməd Rəsulullah (s) filminin İraqın digər şəhərlərində o cümlədən Kürdüstanda da nümayiş etirilməsini istəyib.
O deyib ki, biz filmin İraqın digər şəhərlərində də nümayiş etdirilməsi üçün filmin rejissoru Məcid Məcidi ilə danışıqlar aparmışıq.
İraq ərəb ölkələri arasında ilk ölkədir ki, film orada nümayiş olunub. Filmin nümayişi bu ölkənin əhalisi, rəsmiləri və Əhli –Sünnə alimləri tərəfindən böyük maraqla izlənilib.