IQNA

Pakistanda tanınmış şiə ruhani həbs olundu

12:20 - February 10, 2016
Xəbər sayı: 3480167
Tehran, 10.02.2016 - Təhlükəsizlik qüvvələri Pakistan Müsəlmanları Vəhdət Şurasının “Gilgit-Baltistan” bölgəsi üzrə katibi, tanınmış ruhani Nəyyir Müstəfəvini həbs edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistan Polisi və Təhlükəsizlik qüvvələri Pakistan Müsəlmanları Vəhdət Şurasının "Gilgit-Baltistan” bölgəsi üzrə katibi, tanınmış ruhani Nəyyir Müstəfəvini Yəmən xalqını dəstəkləyən fikirlər ilə çıxış etdiyi üçün həbs edib.

Pakistan polisi nüfuzlu şiə ruhanisi Nəyyir Müstəfəvini Yəmən xalqını dəstəkləməkdə ittiham edir.

Nəyyir Müstəfəvi əhalini Yəmən xalqına dəstək olmaq və Ali Səud rejiminin bu ölkədə törətdiyi cinayətləri pisləmək məqsədi ilə təşkil olunacaq dinc aksiyada iştirak etməyə çağırdığı üçün saxlanılıb.

Bu bir halda baş verir ki, ifratçı qruplar hər gün Məkkə və Mədinəni müdafiə bəhanəsi ilə bu cür aksiyalar keçirir və Ali-Səud rejimini himayə etdiklərini bildirirlər.

Pakistan Müsəlmanları Vəhdət Şurasının baş katibi Höccətul-İslam Raca Nasir Abbas Cəfəri hökumətin bu addımını pisləyib və ruhani Müstəfəvinin dərhal azadlığa buraxılmasını tələb edib.

Höccətul-İslam Raca Nasir Abbas Cəfəri deyib ki, Pakistanda dinc aksiyaların təşkili hər bir vətəndaşın haqqıdır və bizim bunun üçün icazəmiz var , bu haqqı əlimizdən ala bilməzlər.

O vurğulayıb: "Hökumət müxaliflərdən müxtəlif bəhanələr gətirərək intiqam almaq, günahsız insanları həbs etmək əvəzinə ölkənin sabitliyini təhlükəyə atan ifratçı qruplara qarşı addımlar atsın.”

http://iqna.ir/fa/news/3474501


Teqlər: pakistan ، şiə ruhanisi ، həbs
captcha