İQNA-nın "vetogate” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq qoşunlarının İŞİD terroristləri əleyhinə apardığı döyüşlərə nəzarət edən ingiltərəli hərbiçi komandir Varen deyib ki, İŞİD terrorist ünsürləri ər-Rəmadidə keçirilən əməliyyatlarda Quran-Kərimə nüsxələrinə bomba yerləşdirərək terror üçün istifadə edirlər.
İngilis zabiti Varen bu barədə deyib: İŞİD terrorist qruplaşması işğalında olan ərazilərdən qovulub çıxarılarkən həmin əraziləri tam şəkildə minalayır və hər yerdə bomba tələsi qurur.
İngiltərənin Londondakı Xarici İşlər Nazirliyinin dəftərxanasında çıxış edən zabit Varen vurğulayıb: İraqın qərbində yerləşən ər-Rəmadi şəhərində İŞİD terrorist ünsürlərinin əlindən alınmış və azad edilmiş regionlarda axtarış və yoxlamalar zamanı İŞİD-çilər tərəfindən bombalanmış Quran-Kərim nüsxələri də tapdıq.
Varen əlavə etdi: İŞİD terroristləri təkcə Quranları deyil, bəlkə əllərinə keçən hər şeyi, o cümlədən soyuducu və digər məişət avadanlıqlarına da bomba yerləşdiriblər.
İngiltərəli zabit əlavə etdi: İŞİD İraq və Suriyada ardıcıl olaraq məğlub olduqdan sonra döyüş meydanlarına uşaqları zoral göndərirlər ki, bu da çox nigəranedici haldır.
Varen sonda İŞİD-in Avropa ölkələrinə də hücum edəcəyi barədə xəbərdarlıq edərək dedi: İŞİD İraqda işğal etdiyi ərazilərin 40 faizini və Suriyada isə 10 faizini əldən vermişdir. Buna görə də intiqam almaq üçün Avropdakı ünsürləinin əli ilə terror aktları törətməsi ehtimal olunur.
Qeyd edək ki, bundan öncə də İraqın Diyali şəhər təhlükəsizlik şurasının rəisi də elan etmişdi ki, təmizləmə əməliyyatından sonra evlərdən və məscidlərdən götürlən Quranlara bomba quraşdırıldığının şahidi olublar.
http://iqna.ir/fa/news/3477673