IQNA

Quranın hansı ayəsi bütün Ərəb əlifbasını ehtiva edir

12:58 - February 24, 2016
Xəbər sayı: 3480225
Tehran, 24.02.2016 – Misirin Əl-Əzhər İslami Mərkəzinin ustadı Məhəmməd Vəhdan Quran-Kərimin ayələrindən birində bütün Ərəb əlifbası hərflərinin işləndiyini deyib.

İQNA-nın "səda əl-bələd” xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin Əl-Əzhər İslami Mərkəzinin ustadı və dini təbliğatçı Məhəmməd Vəhdan bu ölkənin rəmsi peyk TV kanalında söhbəti zamanı Quran-Kərimin ayələrindən birində bütün Ərəb əlifbası hərflərinin işləndiyini deyib.

Tv proqramda Quran-Kərimin ecazkarlığı və əsrarəngizliyi barədə söhbət açan Məhəmməd Vəhdan dedi: Ərəb əlifbasının bütün hərifləri Quran-Kərimin "Fəth” surəsinin 29-cu ayəsində istifadə edilmişdir.

Quran-Kərimin "Fəth” surəsinin 29-cu ayəsi:

  «مُّحَمَّدٌ رَّسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاء عَلَى الْكُفَّارِ رُحَمَاء بَيْنَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا يَبْتَغُونَ فَضْلًا مِّنَ اللَّهِ وَرِضْوَانًا سِيمَاهُمْ فِي وُجُوهِهِم مِّنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِي التَّوْرَاةِ وَمَثَلُهُمْ فِي الْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ يُعْجِبُ الزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا ».

Misirin "Əl-Asimə” peyk Tv kanalında "Mənhəcu-Həyat” (Həyat tərzi) proqramının qonağı olan Əl-Əzhər İslam Mərkəzinin ustadı və dini təbliğatçı Məhəmməd Vəhdan müsahibəsində dedi: Quran-Kərimin ayələrində maraqlı məqamlar, elmi və ədəbi ecazkarlıqlar və əsrarəngizliklər doludur. Buna misal olaraq deyim ki, Yusif surəsinin 100-dən çox ayəsinin olmasına rəğmən bu ayələrdə bir dəfə də olsun "cənnət” və "nar” (atəş, od) sözü istifadə edilməmişdir.

O əlavə etdi: Başqa misal olaraq Bəqərə surəsini göstərmək olar ki, bu surədə 1000 əmr feli (et), 1000 nəhy feli (etmə, qadağandır) və 1000 xəbər cümləsi istifadə edilmişdir.  

Məhəmməd Vəhdan əlavə etdi: Quran-Kərimin sirləri və qəribəlikləri qurtaran deyil və Qiyamət gününədək müxtəlif möcüzələr ortaya qoyacaqdır.

http://iqna.ir/fa/news/3477698

Teqlər: quran ، ecaz ، möcüzə
captcha