IQNA-nın verdiyi xəbərə görə, İsveçrə prezidenti Yuhan Şnayder Aman şənbə günü İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamnei cənabları ilə görüşüb.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İsveçrə prezidenti Yohan Şnayder Aman ilə görüşdə iki ölkə əlaqələrinin keçmişinə və bu ölkə dövlətinin davranışlarının İran xalqının ümumi fikrində müsbət təsirə malik olmasına işarə edərək, iki ölkə arasında iqtisadi və elmi əməkdaşlıqların genişləndirilməsini himayə edib.
İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İran və İsveçrə arasında ticarət əlaqələrinin həcmi azdır. Amma, isveçrəli iş adamları İranın malik olduğu böyük potensiallar ilə tanış olaraq, iqtisadi və ticarət əlaqələrində tarazlıq yarada bilərlər.
İnqilab Rəhbəri İran xalqının bəzi Avropa dövlətlərinin militarist rəftarları ilə bağlı təcrübələrə malik olduğunu və bəzi Avropa ölkələrinin Səddam rejiminə raket və qırıcı təyyarələr verməsini unutmadığını xatırladıb və deyib: Bu kimi rəftarlar İran xalqının ümumi fikrində mənfi xatirələrin formalaşmasına səbəb olub. Amma, İsveçrə ilə bağlı belə bir düşüncə yoxdur.
İnqilab Rəhbəri İran İslam Respublikası dövlətinin İran və İsveçrə arasında imzalanmış anlaşmaları iqtisadi və hüquqi baxımdan tam dəstəklədiyini bildirib və deyiblər: Mühüm olan məsələ bu anlaşmaların ciddi əməkdaşlıq və möhkəm iradə ilə icraya qoyulmasıdır.
İsveçrə prezidenti Yuhan Şnayder Aman da bu görüşdə İrana olan səfərindən razılıq edib və iki ölkə əlaqələrinin dərin keçmişə malik olduğuna toxunaraq deyib: Tehrana olan səfər zamanı İran və İsveçrə arasında hərtərəfli və uzun müddətli əməkdaşlıqlar üçün "yol xəritəsi" hazırlandı və bu da əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə kömək edəcək.
http://iqna.ir/fa/news/3478804