İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mir`atul-bəhreyn" xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, 4 mart, minlərlə bəhreynli şiə bu ölkənin paytaxtı Mənamənin qərbində zalim rejim Ali-Xəlifə əleyhinə aksiyalar təşkil ediblər və beynəlxalq ictimai təşkilatlardan tələb edibləri ki, onlara qarşı olunan millətçilik, firqəçilik və məzhəbçilik zülmlərinin qarşısını alsınlar.
Mənamənin "əd-Diraz" məntəqəsində etiraz aksiya iştirakçıları Ali Xəlifə rejiminin zülmü və represiyaları qarşısında beynəlxalq dəstək tələb ediblər. Çünki Ali-Xəlifə rejimi yerli şiələrə qarşı və onları bir küncə sıxışdırmaq üçün hədəfli proqramlar həyata keçirir.
Ali-Xəlifə rejimi yerli şiələr haqqında, onların mədəni və dini kimliyi barədə mediada və təlim-tərbiyə proqramlarında yalançı məlumatlar yayır və ümumi fikri çaşdırmağa çalışırlar.
Etiraz aksiyası iştiraçıları əllərində üzərinə "Biz beynəlxalq dəstəyi tələb edirik” şüarı yazılmış plakatlar daşıyıblar. Aksiyaçılar həmçinin həbsdə olan dini və siyasi şəxsiyyətlərin şəkillərini daşıyıblar.
Beynəlxalq təşkilatlar etiraf edir ki, Bəhreyn şiələrinə qarşı hökumət ayrıseçkilik siyasətləri yürüdür və onlara zülm edir. Şiələrin ibadət ocaqları dağıdılır, onların kimliyi haqqında yalan məlumatlar verilir, təhsildən məhrum edilir və s ayrıseçkiliyə məruz qalırlar.
Qeyd edək ki, Raşid ibn Abdullah Ali-Xəlifə - Bəhreynin daxili işlər naziri, həftənin 3-cü günü "Livan Müqavimət Hərəkatı"nı (Hizbullah) terrorçu adlandırmaq üçün Tunisdə topnalmış Ərəb ölkələri daxili işlər nazirlərinin toplantısında çıxış edərkən şiə məzhəbinə və şiələrə qarşı aşağılayıcı sölzər işlədib.
Bəhreyn daxili işlər naziri Radiş Bin Abdulla Ali-Xəlifə şiələrə qarşı təhqiramiz açıqlamasında deyib: Bu cəmiyyəti istənilən saxtaməzhəb vəməzhəbi bidət inancından qoruyacağıq.
Bəhreynin daxili ilşlər naziri şiələrin bu ölkədə əhalinin əksəriyyətini təşkil etməsinə baxmayaraq onları "xaricilərin qulu" və "saxta məzhəbin" davamçıları sözü ilə təhqir edib.
http://iqna.ir/fa/news/3480617