IQNA

Taylandda Quranın qədimi nüsxələri toplanılır

23:33 - March 07, 2016
Xəbər sayı: 3480260
Tehran, 07.03.2016 – Taylandın cənubunda Quran-Kərimin 300 ildən çox tarixə malik olan bir neçə qədim nüsxəsi və digər qədim əlyazma kitablar kəşf edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziyanın "bernama" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Cənubi Taylandın cənubunda 300 ildən çox tarixə malik olan Quran-Kərimin bir neçə qədim əlyazma nüsxəsi və digər qədim əlyazma kitablar kəşf edilib. Bu mühüm tapıntı müsəlmanların dəyərli və qiymətli xəzinəsidir.

Taylandın Narativat şəhərinin hələ iki il öncədən qədim əlyazma nüsxələr toplama məntəqəsinə çevirilmiş "Samanmit vitaya" mədrəsəsinin müdiri Məhəmməd Lütfinin verdiyi xəbərə görə, Quran-Kərimin və digər İslami kitabların qədim əlyazma nüsxələrinin toplanması layihəsinə start verilmişdir. Bu layihə çərçivəsində şəhər və kəndlərdə sıravi vətəndaşların evlərində olan qədim əlyazma nüsxələr də toplanacaqdır.

Məhəmməd Lütfi dedi: Bu qədim Quran nüsxələri bizə ulu babalarımızdan irs olaraq çatmışdır və bəziləri də Yəmən, Ərəbistan və İndenoziya kimi ölkələrdən gətirilmişdir.

Lütfi dedi: Bu Quranlardan biri milad tarixi ilə 1634-cü ildə yazılmışdır və Yəməndən ölkəmiziə gətirilmişdir.

Onun dediyinə görə, bu Quran nüsxələrinin bəziləri yaxşı vəziyyətdədir və bəzilərinin ciddi və təcili təmirə ehtiyacı vardır. Bu nüsxələrdən 74 ədədi türkiyəli mütəxəssislərin əli ilə təmir edilmişdir və 29 ədədi isə təmir edilmək üzərədirlər. Belə nüxələrin təmiri səkkiz aydan bir ilədək zaman alır.

Lütfi dedi: Tayland dövləti Türkiyə ilə birlikdə Quran nüsxələri üçün muzey təsis etmək fikrindədir və ümid edirik ki, bu muzey gələcəkdə İslami İrsin İnkişafı mərkəzlərindən birinə çeviriləcəkdir.   

http://iqna.ir/fa/news/3481277

captcha