İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)
"əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla
verdiyi xəbərə görə, Bəhreyn alimləri yaydıqları kəskin bəyaniyyədə zalim Ali-Xəlifə
rejiminin Xarici İşlər Nazirinin düşməncəsinə çıxışına sərt təpki göstərərək bu
rejimin dini atributlara qarışmaq hüququnun olmadığını vurğulayıblar.
"Əl-Aləmin" verdiyi məlumata görə, keçən
gecə Şeyx İsa Qasim başda olmaqla 38 nəfər bəhreynli alim kəskin və şiddətli
bir bəyaniyyə yayaraq vurğulayıblar ki, şiələr bu ölkədə məzhəbi və dini bir
dövlət yaratmaq fikirində deyildirlər, bəlkə öz vətəndaşlıq hüquqlarının digərləri
ilə bərabər olmasının bərpasını tələb edirlər. Hökumətin haqqı yoxdur ki,
şiələrin məzhəbi atributlarına qarşı hörmətsizlik etsin, məzhəbi ayinlərin
icrasında dəxalət etsin və məzhəbi ayinlərə barmaq uzatsın.
Bəyaniyyədə deyilir: "Nə bu gün, nə də dünən
bəhreynli alimlərin heç biri məzhbəi və qeyri-məzhəbi bir dövlət yaratmaq
fikirndə olmamışdır. Biz tələb edirik ki, hamının və bütün xalqın milli
iştirakı ilə qanun əsasında demokratik bir dövlət qurulsun. Seçim azad və
ədalətli olsun. Bütün xalq öz nümayəndəsini parlamentə azad göndərə bilsin. Parlament
də xalq üçün işləməyə tam ixtiyar sahibi olsun. Biz istəyirik ki, müstəqil və
həqiqətə xidmət edən bir ali məhkəmə qurulsun. Heç bir güc bu məhkəməyə zor
deyə bilməsin. İnsanların vətəndaşlıq haqları qorunsun. Məzhəbi və irqi
ayrı-seçkilik olmasın. Məzhəbi ayinlərin icrasına kimsə dəxalət etməsin. Hamı
öz məzhəbinə əməl etməkdə azad olsun. Əqidəyə görə heç kim təzyiq və təqib
altına düşməsin".
Bu bəyaniyyəni 38 nəfər bəhreynli alim, o cümlədən
Ayətullah İsa Qasim, Seyid Abdullah Qərifi, Seyid Məcid Məşəl, Şeyx Məhəmməd
Saleh Rəbii və digərləri imzalyıblar.
Qeyd edək ki, Bəhreynin xarici işlər naziri
Tunisdəki toplantıda şiə məzhəbinin davamçılarını təhqir etmişdi.