IQNA

Azərbaycanda dini kitabların ölkəyə idxalına qadağa qoyuldu

23:20 - March 14, 2016
Xəbər sayı: 3480277
Tehran, 14.03.2016 – Azərbaycan Dini İşlər Üzrə Dövlət komitəsi 732 dini ədəbiyyatın ölkəyə gətirilməsini yasaq etdi. Səbəb isə bu kitabların radikalizmi təbliğ edən möhtəvasının olduğu göstərilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan respublikasının Dini İşlər Üzrə Dövalət Komitəsi (DİDK") 732 adda dini ədəbiyyatın ölkəyə gətirilməsini yasaq etdi. Qadağaya səbəb isə bu kitabların radikalizmi və ifratçılığı təbliğ edən möhtəvasının olduğu göstərilib.

Azərbaycan respublikasının dini işlər üzrə komitsəinin illik hesabatında verilən məlumata görə, dövlətin dini ədəbiyyatla bağlı gördüyü işlər barəsində bildirilir: 2015-ci ildən indiyədək 2740 kitab yoxlanılıb və radikalizmi təbliğ edən 732 adda kitabın ölkəyə gətirilməsi qadağan edilib.

Bu hesabatda deyilir: İki il ərzində yoxlanınlar kitablardan 169 kitab çapı hazırlanırdı ki, 5 adda kitabın çapına qadağa qoyulmuşdur.

http://iqna.ir/fa/news/3483079


captcha