İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vorld bülleten" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam dünyasının Mərakeşdə yerləşən ən qədim İslami kitabxanası təmirdən sonra cari ilin Aprel ayında istifadəyə veriləcəkdir.
Mərakeşin Fas şəhərində yerləşən və Milad tarixi ilə 12-ci əsrdə inşa edilmiş "Qərvin Arxeoloji Kompleksi"nin kitabxanasının təmir mərhələsi başa çatdırılmışdır və cari ilin baharında elm aşiqlərinin istifadəsinə veriləcəkdir.
Mərakeşin Mədəniyyət Nazirinin bildirdiyinə görə, "Qərvin Arxeoloji Kompleksi"nin kitabxanasının yenidən istifadəyə yararlı vəziyyətə salınması üçüb milyonlarla dollar istifadə edilmişdir.
Mədəniyyət Naziri bu kitabxananın təmirni öhdəsinə götürmüş amerikalı-mərakeşli memar Əzizə Şəvanidən tələb edib ki, kitabxananın qədimiliyini və orijinallığını saxlayaraq yenidən təmir etsin.
On ikinci əsrə aid olan bu kitabxanada İslam dünyasının ən qədim əlyazma nüsxələri saxlanılır.
"Qərvin Arxeoloji Kompleksi"nin kitabxanasının tərkibində ümumi kitabxana, məscid və universitet vardır. Bu kitabxana 859-cu milad ilində Tunisli bir varlı tarcirin qızı Fatimə Əl-Fehri tərəfindən tikilmişdir. Bu xanım savadlı olduğu qədər də dinə bağlı adam olduğu üçün İslama aid kitabları toplamaq üçün bütün sərvətini xərcləməyi əhd edir. Öz sərvəti hesabına bu kitabxananı, məscid və universiteti tikdirir. İslam dünyasının ən qədim elmi ocaqlarından sayılan bu kitabxana və universitetdə bir çox tanınmış şair, ədib və filosoflar təhsil almışlar ki, onlardan İbn Ərəbi, İbn Xəldun və digərlərinə işarə etmək olar.
Bu universitet müsəlmanların elminin Avropaya transfer olunmasında mühüm rol oynamışdır.