Tehran, 23.03.2016 – Səud rejimi “Hizbullah”-ı müdafiə edən imam cüməni vəzifəsindən azad edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Ərəbistanınln şərqində yerləşən Ümran şəhərinin imam cüməsi olan Ayətullah Şeyx Hüseyn Razi Səud rejiminin xəbərdarlığına baxmayaraq cümə namazında Livanın "Hizbullah” təşkilatını müdafiə edərək, Seyid Nəsrullahı tərifləyib.
Ayətullah Razi sözlərində Səud rejimini "Hizbullah”-la deyil, ölkənin daxili məsələləri ilə məşğul olmağa çağırıb.
"Rəsuli Əzəm" məscidinin imam cüməsi olan Ayətullah Razi, bundan öncə də Şeyx Nimrin edamına sərt şəkildə reaksiya bildirmişdi.
Səud rejiminin Ayətullaha qarşı sərt addımlar atılacağı istisna edilmir.
Qeyd edək ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da, "Əl Məyadeen"ə verdiyi müsahibə zamanı bu məsələdən danışıb. Nəsrullah Səudiyyənin sözə görə ciddi narahat olduğunu, buna görə hətta həbslər həyata keçirə biləcəyini də önə çəkib. Hizbullah lideri Ayətullah Şeyx Hüseyn Razinin həbs olunduğunu bildirib.