
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq xalqına kömək məqsədilə bu ölkəyə gəlmiş BMT-nin baş katibinin xüsusi nümayəndəsi dedi: Kərbəlada İmam Hüseynin (ə) pak və müqəddəs hərəminə daxil olarkən sülh, dostluq və dərin təvazökarlıq hisləri keçirirəm.
Kərbəlada İmam Hüseynin (ə) adına olan tarixi muzeyə baxış keçirən Liz Qrand İmam Hüseyn (ə) hərəmini ziyarəti zamanı keçirdiyi hislər haqqında deyib: "Kərbəlada İmam Hüseyn (ə) pak hərəminə daxil olanda sülh,dostluq və dərin təvazökarlıq hissi yaşadım. Bütün dünyada paklığı və əhəmiyyətinə görə tanınan bu müqəddəs məkanı ziayərt etdiyim üçün fəxr edirəm”.
O, muzeyə baxış keçirərkən dedi: Bu müqəddəs məkanın əhəmiyyəti bütün dünyaya məlumdur və bu məkanı ziyarət etmək mənim üçün böyük bir iftixardır.
BMT-nin baş katibinin xüsusi nümayəndəsi dedi: İraqlıların müxtəlif şəhərlərdən olan qaçqınları müqəddəs ziyarətgahların pənahına alması humanitar bir fəaliyyətdir və insansevərlik nümunəsidir.
3485470