İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press Tv-yə istinadən verdiyi xəbərə görə, İslami Əməkdaşlıq Təşkilatının yekun iclası İstambulda iranlı heyətin iştirakı olmadan keçirildi.
Bu iclas başlayarkən İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani və Xarici İşlər Naziri Məhəmməd Cəvad Zərif yekun iclasın bəyaniyyəsində anti-İran bəndlərin olduğu üçün buna etiraz olaraq oranı tərk ediblər.
Qeyd edək ki, işğalçı sionist rejiminin əlaltıları olan bəzi Ərəb dövlətləri və Ərdoğan dövlətinin İƏT-nın İstambuldakı iclasına nüfuzu və təsiri nəticəsində iclasın yekun bəyaniyyəsində İran İslam Resbulikasının və Livan İslami Müqavimət Hərəkatının əleyhinə bəndlər yerləşdirilmişdir.
İran İslam Respublikasının prezidenti Dr. Həsən Ruhani 30 İslami ölkənin prezidenti və xarici ilşlər nazirlərinin iştirakı ilən keçirlən İƏT-nın bu ilki iclasının natiqlərindən idi.
Seyyid Abbas Əraqçi – İİR-nın xarici işlər nazirinin müavini, iclasın yekun bəyaniyyəsində İran İslam Resbulikasının və Livan İslami Müqavimət Hərəkatının əleyhinə bəndlər yerləşdirilməsi məsələsinə işarə edərək dedi: İslami Əməkdaşlıq Təşkilatı özünün İran əleyhinə tutduğu bu mövqeyə görə pis peşman olacaqdır.
http://www.iqna.ir/fa/news/3488744