İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət İmam Əlinin (ə) müqəddəs ziyarətgahının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İmam Əli (ə) hərəminin xadimləri O həzrətin (ə) mübarək viladəti günü münasibəti ilə müqəddəs hərəmin eyvan və otaqlarını gül ilə bəzədilər.
Sabah, 21 Aprel 2016-cı il (13 Rəcəb) tarixində Əziz İslam peyğəmərinin (s) bilafəsl canişini, damadı və 11 imamın atası Həzrət Əmir əl-möminin İmam Əli ibn Əbi Talibin doğum günüdür. Bu münasibətlə İmam Əli (ə) hərəminin xadimləri O həzrətin (ə) müqəddəs hərəminin eyvan və otaqlarını, müxtəlif rənglər, gül şaxələri və ətirlər ilə bəzədilər və çırağlar ilə işıqlandırdılar.
Elə bu münasibətlə də hərəmin hər tərəfinə İmam Əlinin (ə) mübarək adı yazılmış onlarla müxtəlif rəngli bayraqlar asıldı.
Həmçinin sabah üçün nəzərdə tutulmuşdur ki, İmam Əli (ə)-ın zairləri arasında 6 şaxə gül paylanılsın.
http://iqna.ir/fa/news/3490546