IQNA

Londonun ilk dəfə müsəlman bələdiyyə sədri olacaq

9:17 - May 07, 2016
Xəbər sayı: 3480421
Tehran, 07.05.2016 – Böyük Britaniyanın paytaxtı Londonda ilk dəfə bir müsəlman bələdiyyə sədri olacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a verdiyi xəbərə görə, Böyük Britaniyanın paytaxtı Londonda bələdiyyə başçılığının mühafizəkarlardan İşçi Partiyasına keçəcəyi aydın olur. İşçi Partiyasının namizədi Sadiq Xan son sorğu nəticələrinə əsasən mühafizəkar rəqibi Qoldsmiti geridə buraxıb.

Şotlandiyadakı seçkilərin də sürprizlə nəticələnməsi gözlənilir. Səkkiz ildir Londonun bələdiyyə başçılığını edən mühafizəkar Boris Conson yenidən namizəd olmayacağını və 'böyük siyasətə' hazırlaşdığını bildirmişdi. Pakistan əsilli liberal namizəd Sadiq Xanın səs nisbətinin 57%-ni toplayacağı təxmin edilir.

Eastnews

captcha