Tehran, 09.05.2016 – Bu gün səhər saatlarında Somalinin paytaxtı Moqadişu şəhərində partlayış törədilib.
IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, partlayış Moqadişu şəhərinin Şanqani rayonunda yol polisi postu qarşısında törədilib.
Hadisə nəticəsində ölən və yaralananlar barəsində məlumat verilmir. Partlayışı "Əş-Şəbab" terror təşkilatının üzvlərinin törətdiyi ehtimal edilir.