İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi
xəbərə görə, İran İslam Cümhuriyyətinin Beynəlxalq Quran-Kərim Yarışlarının
33-cü turunun açılış mərasimi İİR-nın Ali İslam Şurasının sədri Dr. Əli
Laricani, İranın Xeyriyyə İşləri və Vəqflər Təşkilatının rəisi Höccətul-İslam
vəl-Müsliin Əli Məhəmmədi, Vəflər Təşkilatının Quran İşləri Mərkəzinin rəisi
Höcətul-İslam vəl-müslimin Seyid Mustafa Hüseyni, İranın digər Qurani
qurumlarının məsulları, Quran sevər ümumi kütlə və yarış iştirakçılarının iştirakı
ilə dünən, cüməaxşamı günü, İmam Xomeyni (r.ə) adına müsəllanın şəbistanında
keçirildi.
Açılış mərasimi İran İslam Cümhuriyyətinin milli himninin oxunuşu ilə başladı, Ustad Cavad Pənahinin Quran tilavəti, Quran-Kərimin xor oxunuşu və mədhiyyə ilə davam etdi.
Ali Məqamlı Rəhbərin nümayəndəsi və İranın Xeyriyyə İşləri və Vəqflər Təşkilatının rəisi Höccətul-İslam vəl-Müslimin Əli Məhəmmədi açılış mərasimində çıxışı zamanı xarici qonaqları salamladıqdan və Şəban ayı bayramları münasibətilə təbrik dediksən sonra dedi: Şükürlər olsun Allaha ki, yenə də Beynəlxalq Quran Yarışlarını 70 ölkənin iştirakı ilə keçirməyi bizə nəsib etdi. Burada iştirak edənlər Quran pənahında toplaşıblar və bu, müsəlmanlara nəsib olmuş böyük bir nemətdir ki, müxtəlif irq və mədəniyyətlərdən olan insanlar Quranın ətrafında birləşiblər.
Höccətul-İslam vəl-Müslimin Əli Məhəmmədi Quran-Kərim yarışlarının keçirilməsini İran və İslam dünyasında mənəvi və Qurani bir fəza yaratdığına işarə edərək dedi: İslam İnqilabın Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei həzrətləri bu yarışlara çox önəm və əhəmiyyət verir, çünki inanırlar ki, bu yarışlar cameədə Quran mədəniyyətinin ümumiləşməsi və yayılmasına gətirib çıxaracaqdır.
O əlavə etdi: Quran yarışları təkcə məşğuliyyət və peşəkarlıq göstərmək deyil, bəlkə cəmiyyətin Quran-Kərimə təməssük etməsi və Quranı izləməsi üçündür. Buna görə də, Quran-Kərimin "إِنَّ هٰذِهِ أُمَّتُكُم أُمَّةً واحِدَة" – "bu ümmət vahid ümmətdir" ayəsini rəhbər tutaraq bu yarışları "bir kitab, bir ümmət" şüarı ilə başlayırıq.
Ali Məqamlı Rəhbərin nümayəndəsi və İranın Xeyriyyə İşləri və Vəqflər Təşkilatının rəisi Höccətul-İslam vəl-Müslimin Əli Məhəmmədi çıxışının davamında İslam ümmətində vəhdətin qorunmasının və tağutla mübarizənin zəruriliyinə işarə edərək dedi: İslam düşmənləri çalışır ki, ümmətin vəhdətini pozsun. Buna görə bütün müsəlmanlar tağutla mübarizə ayələrini iranlılar kimi öz sərlövhələri etməlidirlər. Bu yarış layihəsi də vəhdət proqramı yönündə təşkil edilmiş və ictimai birliyi vurğulayan "hamılıqla Allahın ipinə yapışın və parçalanmayın" ayəsini özünün şüarı qərar vermişdir.
İİR-nın Ali İslam Şurasının sədri Dr. Əli Laricani çıxışında dedi: İmam Əli (ə) insanların ictimai və fərdi ehtiyacsızlığını Quranla yaşamaqda bilmişdir, Quranla olmağı, Qurana əməl etmək və Quranın davamçısı olmaq demişdir. Buna görə də insanın xoşbəxtliyinin əsas amili Quranla olmaqdır. Quranı daşıyanlar həmişə İlahi rəhmətin sayəsindədirlər. Allah-Taala Qurandan yapışmağı qaranlıqdan işığa çıxamq adlandırır:
كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيد
Bu bir kitabdır ki, insanları qaranlıqdan nura çıxarmaq üçün nazil etdik...
Buna görə də Quran oxumaq bütün yaradılış aləmində zahiri təsirlərindən əlavə təkvini və batini təsirlər də qoyur.
Qeyd edək ki, İranın Beynəlxalq Quran Yarışlarının 33-cü turunda dünyanın 70 ölkəsindən 130 nəfər iştirak edirlər ki, bunlardan 57 qari, 57 hafiz və 16 nəfər "qəlbinur" hafizlərdir – (görmək qabiliyyəti olmayan).
http://iqna.ir/fa/news/3497239