
IQNA - Alov qısa zamanda
məscidi bürüyüb. Güclü alov məscidin damını tamamilə məhv edib. Yanğın hadisəsi
zamanı heç kim xəsarət almayıb.
Yerli yanğınsöndürmə xidmətinin rəhbəri Mark Sinkinson məscidin damının uçması təhlükəsi səbəbindən yanğınsöndürənlərin onun içinə girmədiklərini deyib. O, yanğının qəsdən törədildiyini istisna etməyib. Lakin buna baxmayaraq bu məsələ haqda yekun rəyin polislə birgə təhqiqatdan sonra verməyin mümkün olduğunu vurğulayıb.
Yaxınlıqda yaşayan sakinlər isə bildiriblər ki, onlar məscidin alışdığını gördükdən sonra partlayış səsi də eşidiblər.
Maide.az