IQNA

ABŞ bazarında ilk İslami geyim mağazası açıldı

1:22 - May 21, 2016
Xəbər sayı: 3480472
Tehran, 21.05.2016 - Amerikanın Mərkəzi Florida şətatının əsas moda bazarında ilk dəfə müsəlman xanımlar üçün İslami geyimlər satan mağaza açıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fusion" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Mərkəzi Florida şətatının əsas moda bazarında ilk dəfə müsəlman xanımlar üçün İslami geyimlər satan mağaza açıldı.

Orlando ticarət mərkəzində açılmış "Voruna" mağazası – ABŞ-ın müsəlman xanımlar üçün İslami geyimlər satan ilk mağazası, qərb ölkələrində müsəlman xanımların hicabına qarşı yönəldilmiş mənfi və islamofob baxışları sual atlında qoymaq və irqçi düşüncələrə etiraz etmək üçün açılmışdır.

Liza Vugel - bu mağazanın sahibi ki, həm də Ameirkalı geyim dizayneri, fotoqraf və modeldir, 2011-ci ildə İslam dinini qəbul edərək müsəlman olmuş və 2013-cü ildən isə İslami geyimlər markasını istehsal etməyə başlamışdır.

O dedi: Biz Amerikada və qərbdə bu saxta və qəliblənmiş təsəvvürləri ki, deyir hicab müsəlman qadınlara zolra qəbul elətdirilib və hicablı qadınlar savadsızdırlar və s..., bütün bunların bir əfsanə olduğunu göstərməyə çalışırıq və bu cür sözlər bizə və müştərilərimizə aid deyil, biz və müştərilərimiz öz istəyimiz və ixtiyarımızla hicabı və dini geyimləri seçmişik.

Bu mağazanın 18 yaşlı modeli Rayan Sukari dedi: Müsəlman qadınlar alış-veriş etməyi çox sevir və yaraşıqlı zahirlərinin olmasını və gözəl görünməyi də çox xoşlayırlar, onlar hicabla daha gözəl görünürlər.

Rayan Sukari dedi: Bu mağazanın ABŞ-ın əsas bazarına inteqrasiya olunması səbə olacaqdır ki, amerikalı vətəndaşlar yavaş-yavaş və tədricən müsəlman xanımların həqiqi siması ilə yaxından tanış olsunlar və qərb mediasının əks-təbliğatdan yaranmış mənfi fikirləri özlərindən uzaqlaşdırsınlar.

Bu mağazanın sahibi gələcəkdə London və Parisdə də belə mağazalar açacağını deyib.

Qeyd edək ki, Dünya İslami İqtisad Mərkəzinin verdiyi məlumata görə, 2019-cu ildə İslami geyimlər bazarının düyna qiyməti 488 milyard dollar olacaqdır.

http://iqna.ir/fa/news/3499499


Teqlər: hicab ، dini geyim ، iqna
captcha