Tehran, 24.05.2016 – İŞİD terror təşkilatı İraqın Neynəva vilayətində nəzarət altına aldığı bütün bölgələrdə namaz vaxtların dəyişdirilməsi barədə əmr verib.
IQNA - Yeni əmrə uyğun olaraq burada yaşayan müsəlmanlar namazı digər müsəlmanlara nisbətən 15 dəqiqə gec qılmalı olacaqlar.
İŞİD-in namaz vaxtlarında dəyişiklik etməsinin səbəbi kimi mövcud namaz vaxtlarının İraqdakı dünyəvi hökumət dövründə müəyyən edilmiş olmasını göstərdiyi bildirilib.
Əmrə itaət etməyən imam və müəzzinlərə ən ağır cəzaların veriıəcəyi vurğulanıb.