
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət
Əmir əl-Möminin İmam Əlinin (ə) ziyarətgahının xəbər və informasiya portalına
istinadla verdiyi xəbərə görə, İmam Əlinin (ə) ziyarətgahının nəzdində fəaliyyət
göstərən İraqın Müqəddəs Məkanların Qorunması və Təbliğat Təşkilatının mərkəzi
idarəsinin təbliğat proqramlarının məsulları və ruhaniləri İŞİD-in əlində olan
torpaqların azad edilməsi əməliyyatında aktiv iştirak edirlər.
Məlumatda bildirilir ki, bu təşkilatın məsul
ruhaniləri İraqın qərbində "Əl-Kermə" əməliyyat rayonunda və Fəllucə
şəhərində İŞİD əleyhinə keçirilən azadetmə əməliyyatlarında yaxından və fəal
iştirak ediblər.
Höccətul-İslam vəl-müslimin Adil Sudani - İraqın
Müqəddəs Məkanların Qorunması və Təbliğat Təşkilatının mərkəzi idarəsinin rəisi,
bu barədə dedi: İŞİD əleyhinə əməliyyat keçirilən rayonlara göndərilən təbliğçi
ruhanilər və təbliğat proqramlarının fəalları İŞİD əleyhinə keçirilən son
döyüşlərdə təbliği işlərinin kənarında döyüşçü qardaşlarına qoşularaq düşmənlərə
qarşı döyüşdə rəşadətlər göstərmişlər.
Qeyd edək ki, xalq könüllüləri və qoşunlar
"əs-Səcr" və "ət-Tüfahə" rayonlarında irəliləyirlər və bu
arada İraqın Müqəddəs Məkanların Qorunması və Təbliğat Təşkilatının fəalları Fəlucə
yaxınlığında təşkil edilmiş yardım məntəqəsində döyüşçülər və yaralılar
üçün yemək, dərman və təcili yardım köməkləri
ilə tədarük görüblər.