IQNA

8:42 - June 05, 2016
Xəbər sayı: 3480523

"Hizbullah" İŞİD-in yaranmasında Səudiyyə polisini günahlandırdı

Tehran, 05.06.2016 – Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım iyunun 3-də paytaxt Beyrutda Təhsil üçün İslam Fondunun seminarında çıxış edib.


IQNA - Şeyx Nəim Qasım Səudiyyə Ərəbistanının dini ideologiyasını tənqid edərək İŞİD-in yaranmasında və inkişafında Səudiyyə polisinin qəddarlığının mühüm rol oynadığını söyləyib.

Təkfirçi ideologiyanın yayılması üçün hərtərəfli fəaliyyət göstərildiyini bildirən Şeyx Nəim Qasım Səudiyyənin bu istiqamətdə 100 milyard dollar vəsait xərclədiyini sözlərinə əlavə edib.

Xatırladaq ki, Səudiyyə və "Hizbullah" arasındakı əlaqələr Səudiyyənin "Hizbullah"ı terror təşkilatı elan etməsindən sonra daha da gərginləşmişdi.

http://eastnews.org/news/2362

captcha