IQNA

Nazarbayev:

Terrorçular ölkədə sabitliyi pozmaq istəyirdilər

11:35 - June 12, 2016
Xəbər sayı: 3480544
Tehran, 12.06.2016 - Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədəki son durumla bağlı çıxış edib.

Terrorçular ölkədə sabitliyi pozmaq istəyirdilər


IQNA - Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Aktobedə hücumu təşkil edənlər, ölkəni münaqişələr boşluğuna və terrorizm azğınlığına giriftar etmək istəyirdilər.

"Siz bilirsiniz, Aktobe şəhərində bir neçə gün öncə biz ilk dəfə irimiqyaslı terror hücumu ilə üzləşdik, bu öz xalqına qarşı yönəlmiş cinayətdir, bu terror aktını bizim ölkəni münaqişələr boşluğuna və terrorizm azğınlığına girifat etmək istəyənlər törədiblər.”, – deyə Nazarbayev bildirib.

O qeyd edib ki, Qazaxstan öz reformlarını davam etdirəcək və ölkənin bütün strategiyalarını yerinə yetirəcək.

"Sülh və sabitlik, təhlükəsizlik – bunlar müstəqil Qazaxıstanın ən əsasən dəyərləridir, əgər bunlar olmasa, ölkənin gələcəyi də olmaz.”, – deyə o əlavə edib.

Naməlum silahlı şəxslərdən ibarət dəstə, iyunun 5-i Aktobedəki iki silah mağazasına və hərbi hissəyə hücum etmişdilər. Hücum nəticəsində 7 nəfər dünyasını dəyişib, 38 nəfər isə yaralanıb. Şəhərdə anti-terror əməliyyatı rejimi elan edilib. İndiyədək 18 şəxs zərərsizləşdirilib.

İslamazeri

captcha