
IQNA - Sosial şəbəkələrdə İŞİD-in İslamı
təmsil etməməsinə dair 12 mindən çox insan tərəfindən şərh yazılıb.
"İŞİD müsəlman deyil və onlar İslamı təmsil
etmirlər. İslam günahsız insanların öldürülməsini dəstəkləmir”, – Twitter
sosial şəbəkəsində yazılmış bildirişlərin çoxusunun mətni belə olub. İnsanlar
dünyanın "İŞİD-ləşməsinin” qarşısının alınmasını istəyirlər və baş verən hadisələrə
biganə yanaşan insanları qınayırlar.
"Life” "Vkontakte”, "Twitter” və "Facebook” sosial şəbəkələrindən istifadəçilər tərəfindən Nitsada baş vermiş qanlı terror aktı barədə yazılan 360 mindən çox fikir sayıb. Minlərlə məktub qorxunu və nifrət axınını dayandırmağı ifadə edir. Çoxları baş vermiş hadisədə hakimiyyət və təhlükəsizlik qüvvələrini günahkar bilir.