IQNA - Qızğın
döyüşlər nəticəsində, terrorçuların dəstələri Bab əl-Cədidə yerləşən mövqelərini
tərk edərək qaçıblar. İki terrorçu məhv edilib. Yerli sakinlər həmçinin
terrorçulara məxsus və iri kalibrli pulemyotlarla təchiz edilmiş 2 pikapı da
yandırıblar.
Həmçinin Mosulun cənubunda yerləşən Həmmam əl-Əlil rayonun sakinləri, İŞİD-lilərə qarşı analoji toqquşmada üç terrorçunu məhv ediblər.
Bəzi məlumatlara əsasən, Həmmam əl-Əlil sakinləri bu rayon üzərindəki nəzarəti tam şəkildə ələ keçirərək, terrorçuları oradan birdəfəlik qovmaq niyyətindədirlər.
Eyni zamanda, İŞİD terror qruplaşmasının kamikadzesi tərəfində ər-Rutba şəhərində törədilmiş terror aktında bir neçə nəfər həyatını itirib və yaralanıb. (İslam.az).