Tehran, 25.07.2016 – İraqın paytaxtı Bağdadın şimalında polis postunda kamikadzenin özünü partlatması nəticəsində ən azı 10 nəfər həyatını itirib.

IQNA - Beynəlxalq
Quran Xəbər Agentliyi (IQNA)’nın İslam.az-a
istinadla verdiyi xəbərə görə, insident
bazar günü paytaxtın Əl-Kazimeyn rayonu ərazisində baş verib.
Ölənlər arasında 2 polis və 8 dinc sakin var. Polis və tibb xidmətlərindəki mənbələrin məlumatına görə, terror aktı nəticəsində daha 20 nəfər yaralanıb.