IQNA

Bağdadda kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb

12:49 - July 25, 2016
Xəbər sayı: 3480635
Tehran, 25.07.2016 – İraqın paytaxtı Bağdadın şimalında polis postunda kamikadzenin özünü partlatması nəticəsində ən azı 10 nəfər həyatını itirib.

Bağdadda kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb


IQNA - Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA)’nın İslam.az-a istinadla verdiyi xəbərə görə, insident bazar günü paytaxtın Əl-Kazimeyn rayonu ərazisində baş verib.

Ölənlər arasında 2 polis və 8 dinc sakin var. Polis və tibb xidmətlərindəki mənbələrin məlumatına görə, terror aktı nəticəsində daha 20 nəfər yaralanıb.

captcha