İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-hirrə" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Hollandiyanın parlament seçkilərinə hazırlaşan sağçı partiyası öz islamofob siyasətləri və hədəfləri yönündə elan etdi ki, məscidləri bağlayacaq və müsəlmanların müqəddəs kitabı olan Quran-Kərimi oxumağı bu ölkədə qəti şəkildə qadağan edəcəkdir.
Gələn ilin parlament seçkiləri barədə keçirilən sorğularda kafi rütbə əldə edən Hollandiyanın sağ cinah partiyası öz seçki təbliğat kampaniyasında vətəndaşlara vədə verib ki, əgər 2017-ci ilin Mart ayının parlament seçkilərində qələbə qazanarsa, ölkədə olan bütün İslami məscidləri və müsəlman mədrəsələrini bağlayacaq və cəmiyyətdə olan Quran kitablarını yığışdıracaqdır.
Hollandiya parlamentinin nümayəndəsi Gert Vaylderz ki, iş kitabçasında Quran-Kərimə və İslam Peyğəmbərinə (ə) təhqir də vardır, bu partiyanın üzvüdür.
Bu sağçı partiya yayımladığı manifestində bildirib ki, gələn ildən ölkədəki bütün müsəlman məscidləri bağlanacaqdır.
http://iqna.ir/fa/news/3525491