İQNA-nın verdiyi xəbərə görə, Bu
barədə keçirdiyi mətbuat konfransında BMT baş katibinin nümayəndəsi Stefan
Dyujjarik bildirib. Xatırladaq ki, cümə günü Fransanın yüksək inzibati ədliyyə
instansiyası Nitsa vilayətinin Vilbev-Lube kurort mərkəzinin müsəlman
geyimlərinə qadağasını qüvvədən salan hökm çıxarıb.
Ali Məhkəmənin bu qərarı oxşar 30-a yaxın şəhərdə qadağanı təsdiqləyən məhkəmə qərarlarına da şamil ediləcək. "Biz məhkəmənin qərarını alqışlayırıq. İnsan ləyaqətinə hörmətlə yanaşmaq lazımdır" - deyə Dyujjarik jurnalistlərə açıqlamasında bildirib.
Mənbə: eastnews