IQNA

Ustad Əbdülbasit Əbdus-səmədin 1985-ci ildəki Quran tilavəti

12:27 - August 28, 2016
Xəbər sayı: 3480740
Tehran, 28.08.2016 – Ustad Əbdülbasit Əbdus-səmədin 1985-ci ildə Misirdə Yusuf Surəsindən bir neçə ayəni tilavət etdiyi nadir tilavətlərindən birini sizə təqdim edirik.

İQNA – Əbdül-Basit 1927-ci ildə Misirin cənubunda yerləşən Qəna əyalətinin Məzaəzə kəndində düynyaya gəlib. Atası Əbdüs-səməd Quran hafizlərindən və Quran müəllimlərindən biri olub. Əbdülbasit 6 yaşında ikən Ərmətdəki Quran mədrəsəsinə gedir. 12 yaşına çatdıqda Qəna və Əsfanın bütün kənd və şəhərlərindən dəvətlər alır.

1951-ci ildə Əbdülbasit Misir radiosunda çalışmağa başlayır. Bir neçə ay ərzində böyük şan şöhrət qazanır və Qahirəyə köçür. Əbdülbasit radioda işə başladıqdan sonra dinləyicilərin sayı birə-on artır. Ramazan və digər aylarda bir çox ölkələrdə təşkil olunan Quran mərasimlərinə dəvət almağa başlayır. İndoneziyanın paytaxtı Cakartaya gəldikdə oranın ən böyük məscidində təşkil olunan mərasimdə Quran tilavət edir. Orada 25000 insan səhərə qədər ayaq üstə dayanaraq Əbdülbasitin Quran tilavətini dinləyir. Bundan sonra, Məkkəfə Məscidül-həramda, Mədinədə Peyğəmbər (s.ə.s) çəscidində, Qüdsdəki Məscidül-əqsada və Fələstindəki İbrahim (ə) məscidində də Quran tilavət etmək şərəfinə nail olur. Dünyanın ən məşhur qarisi 1988-ci il fevralın 29-da şəkərli diabet və qara ciyər xərçəngindən dünyasını dəyişir.

Ustad bu səs çarxında mübarək Yusuf surəsindən bir neçə ayəni tilavət etmişdir.

Bu nadir tilavəti sizlərə təqdim edirik:

Ustad Əbdülbasit Əbdülsəmədin 1985-ci ildəki Quran tilavəti


captcha