İQNA
- Bu hadisənin bir çox beynəlxalq təşkilatların əsil simasının üzə çıxmasında
böyük rolu olduğunu deyən alim belə bildirib: "Avropa ölkələrindən birində neçə
nəfər həyatını itirirsə ümumi matəm elan olunur. Bütün Avropa rəsmiləri cəm
olur və bunun üçün çarə düşünürlər. Bu hadisə zamanı isə minlərlə günahsız
insanın qanı töküldü, lakin heç bir etiraz eşidilmədi. Çünki bu hadisə onların
mənafeyinə qulluq edir. Rəhbərimizin dediyi kimi, Ali-Səud rejimi bir üzür belə
istəmədi. Ağılları olsaydı üzürdən əlavə, şəhidlərin ailə üzvlərini Həccə dəvət
edərək, onlara qulluq edərdilər. Ən dəhşətlisi isə satılmış Səud müftilərinin
çirkin fətvaları idi. Bu şəxslər Ali-Səudun siyasi kölələri hesab olunurlar.
Gah dedilər ki, Səud hakimiyyəti müqəssir deyil, gah da dedilər ki, İlahi
qəza-qədərdir. Ali-Səud rejimi bilsin ki, bu hadisədən nə qədər zaman keçsə də
unudulmaycaq və əzizlərini itirən müsəlman ümməti daima onlara lənət
göndərəcəkdir.”