Bəşər övladı təəssübkeş olmazsa haqqı anlama qüdrətinə sahibdir. Mütəal Allah insana haqqı tələb edən fitrət vermişdir. Rəvayətə əsasən, dünyaya gələn hər bir körpə islam fitrətinə uyğun olaraq doğulur. Lakin bəzi valideynlər övladlarının zehnlərini korlayaraq, onları xarab edir. Yalan danışmağı, təhqir etməyi öyrədirlər. Bəzən də bu hadisə məktəbdə baş verir. Övladlarınızı İmam Hüseynə (ə) tapşırın. Fitrətini qoruyan insan haqqı tez tapar, lakin haqqla yaşamaq çox çətindir. Bu səbəbdəndir ki, bizə dözümlü olmağı tövsiyə edirlər. Əgər dözsəniz, Allah sizi tək qoymaz və yardım göndərər. Lakin bu yardımlar gözlə görünməz. Allah mələkləri insanın köməyinə göndərər. Kaş biz də mələklər kimi olardıq. Onlar insanın qəlbini İmam Hüseynə (ə) tərəf yönəldirlər, lakin özlərini göstərmirlər. Kaş biz də Əhli-Beytə xidmət edib, özümüzü göstərməyə bilək. Əsil iş budur.
Höccətül-islam Siddiqi
Mənbə: İslamazeri