IQNA

İmam-cümə:

ABŞ-ın hər iki prezidentliyə namizədi insanlıqdan uzaq şəxslərdir

9:02 - October 29, 2016
Xəbər sayı: 3480935
Tehran, 29.10.2016 – Tehranın bu həftəki cümə xətibi Ayətullah İmami Kaşani olub.

ABŞ-ın hər iki prezidentliyə namizədi insanlıqdan uzaq şəxslərdir

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Bəzilərinin islamı puç göstərmək istədiklərinə toxunan imam-cümə bildirib: "Onlar islamın əsasını aradan aparmaq niyyətindədirlər. Bunun üçün dinimizi yanlış təfsir edir Ali-Səudu da öz məqsədlərinə alət edirlər. İnsanlıqdan uzaq olan 2 şəxs bu gün ABŞ prezidentiyinə namizəddir. Onların bütün şüarı cinayət və qətldən ibarətdir. Bu namizədlər xalqa hansı sahədə xidmət edəcəklərindən danışmaq əvəzinə məzlum xalqın əleyhinə şüar səsləndirirlər. Əgər Amerika və Avropa xalqları şəxsiyyətlərini geri qazansa, hətta bir nəfər belə onlara səs verməz və onları cəmiyyətdən təcrid edər. Xalqlar şəxsiyyətlərini itiriblər deyə onlar rahat danışırlar. Xalqın və xüsusən cavanların fəsad, içki, rəqs və bu cür məsələlərlə başını qatırlar. Dünya müsəlmanları öz şəxsiyyətini qorumaq istəyirsə İmam Zamanı (ə) gözləməlidir. Çünki Fərəcin intizarında olmaq insanı sabit saxlayar. Səudiyyə xalqı əgər Fərəcin intizarında olsaydılar kralları ölkədən çıxarardılar.”

Yəməndə baş verən cinayətlərə toxunan imam-cümə bildirib: "Ali-Səudun Yəmən xalqına qarşı cinayətlətinin arxasında ABŞ və Sionist rejim dayanır. Bu gün yeganə məzlum İran deyil. Artıq bütün müsəlmanlara zülm olunur. Yəmən, İraq, Suriya, Əfqanıstan, Bəhreyn və digər müsəlman xalqları da zülmə məruz qalırlar. İranda xalq İmamını (ə.f) gözləyir və digər tərəfdən də "Fəqihin Vilayəti" nəzəriyyəsi mövcuddur. Bu fəqih İmamın (ə.f) naibi olaraq düşmənə zərbə vurur və ölkə daxilində nizam-intizama səbəb olur. Düşmən Mədinənin başına açdığı oyunu İranda da icra etmək niyyətindədir.”

captcha