IQNA

Türkiyənin Mədəni İşlər rəsmisi:
22:12 - November 01, 2016
Xəbər sayı: 3480950
Tehran, 01.11.2016 – Türkiyə spirtli içkilər və narkotika ilə mübarizə cəmiyyəti rəisi kinomatoqrafların mənəvi dəyərlərə laqeyd yanaşmasını pisləyərək hazırladıqları serialları ant-əxlaq adlandırdı.
Türkiyə teleserialları mənəvi və əxlaqi azğınlığı təbliğ edir
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "zaman" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mücahid Öztürk - Türkiyənin spirtli içkilər və narkotika ilə mübarizə cəmiyyətinin rəisi, - (YAŞIL AY CƏMİYYƏTİ) – bu ölkənin incəsənət adamlarının və kinomatoqrafçılarının mənəvi və əxlaqi dəyərlərə laqeyd yanaşmasını pisləyərək onların hazırladıqları teleserialların insanları və cəmiyyəti əxlaqsızlıq və mənəviyyatsızlığa sürükləməkdə günahlandırdı.

Mücahid Öztürk - Türkiyənin spirtli içkilər və narkotika ilə mübarizə cəmiyyətinin rəisi, Türkiyə teleseriallarının dünyada baxıcısı çox olduğuna işarə edərək dedi: Türkiyə teleserialları ümumilikdə dünya kinoları ilə müqayisədə daha çox narkotika və spirtli içki səhnələri göstərirlər.

O əlavə etdi: Kino və teleseriallarda narkotika və spirtli içki istifadəsi söhnələrini göstərmək dövlət qanunlarına ziddir, amma bununla belə bu cür hallar Türkiyə kino və teleseriallarında həddindən çoxdur.

Öztürk vurğuladı: Hazırda bir çox cavan müxatəb və tamaşaçılar narkotika və spirtli içkilərin istifadəsini hadi hal kimi göstərən bu kimi səhnələrin tamaşasından sonra narkotik maddələrə və içkiyə qurşanırlar. Bu məsələ ölkənin narkotika və spirtli içkilər ilə mübarizə idarəsinin də əks reaksiyasına səbəb olmuşdur.

O dedi: Kino və serialların mövzuları və məfhumları çox asanlıqla cəmiyyətin mənəvi xörəyi və qidasına qatılır. Əgər kinonun baş qəhrəmanı müdam spirtli içki içirsə, bu məsələ cavanlar üçün adiləşir və hətta dəyərə çevirilir. Və elə burdan da bu cür fasid və azğın yollara yuvarlanır. Buna görə də bu cür səhnələr kino və serialların məzmunundan silinməlidir.

Mücahid Öztürk Türkiyə teleseriallarının dünyada baxıcısı çox olduğuna işarə edərək dedi: Televiziya insanların və cəmiyyətin milli və dini dəyərlərinin oturuşmasında güclü təsirə malikdir və bu fürsətdən mədəni dəyərlərin inkişafı üçün istifadə edilməlidir.

http://www.iqna.ir/fa/news/3542150


Ad:
E-poçt:
* Comment:
* captcha: