Son günlər, daha dəqiq desək, 28 oktyabrdan Türkiyədə nümayişinə başlanılan "Allahın Elçisi Məhəmməd (s)” filmi yenidən gündəmin əsas mövzularından birinə çevrildi. Filmin Türkiyədə hələ 2015-ci ilin dekabr ayının 29-dan nümayişinə başlanılması gözlənilsə də, bu 10 ay yubandı. Lakin sonda bu bənzərsiz sənət əsəri Türkiyə izləyicilərinə də qovuşdu. Azərbaycanda da filmi izləmək arzusunda olan xeyli sayda insan olsa da, hələ ki, filmin ölkədə nə zaman nümayiş olunacağı bəlli deyil.
Filmin Türkiyə kinoteatrlarından nümayişinə başlanması ilə film ətrafında qismən səngiyən müzakirələr də bir anda yenidən qızışdı. Minlərlə tərif dolu sözlərlə yanaşı İslama nifrət və kinini gizləyə bilməyən təkəm-seyrək islamofoblar filmin təhlükəli olduğunu, uşaqlara belə tövsiyə etməyənlər, onun əxlaqsız filmlərdən daha təhlükəli olduğunu iddia edənlər oldu. Bu tənqidlərə heç bir fikir bildirmədən sizi birbaşa bu bənzərsiz sənət əsərinin rejissoru, dünyaca tanınmış İran rejissoru Məcid Məcidinin öz dilindən filmi haqqında Maide.Az-a dedikləri ilə tanış olmağa dəvət edirəm. Onun açıqlamaları ilə tanış olduqda, filmin müsbət anlamda niyə bu qədər əks-səda doğurduğunu, kimlərin bu filmin nümayişinin qarşısını niyə almaq istədiyini daha yaxşı anlamış olacaqsınız. Eyni zamanda M.Məcidinin belə bir filmi çəkməsinə hansı hadisənin səbəb olduğunu onun özündən öyrənmiş olacaqsınız.Mənə görə isə M.Məcidi çağdaş dünya kinomatoqrafiya tarixinin qəhrəmanıdır. Onunla birgə olduğum görüşdən aldığım təssüratım belədir. Aşağıda tanış olacağınız açıqlamalarında M.Məcidi filmlə bağlı ona verilən ən çeşidli sualları cavablandırıb. Filmin çəkilişində hansı üslublardan istifadə edib, sənətdə hansı dildən istifadə edir, qatıldığı kino festivallar, aldığı mükafatlar, filmə edilən etirazlar və bu etirazlara özünün münasibəti və sair mövzularda Məcid Məcidinin baxışları tanış olmuş olacaqsınız.
Sənət sənət üçün, yoxsa cəmiyyət üçündür?"Əgər peyğəmbərlərin gəlişi davam etsəydi, güman edirəm ki, onların istifadə edəcəkləri əsas dil ya kino, ya da media dili olacaqdır ki, mesajlarını bu yolla topluma çatdıra bilsinlər. Əslində mən kinonun bir risalət, bir misiyya olduğuna inanıram, bu yolla Allahın mesajını digər insanlara və toplumlara çatdırmaqda vasitə olsun. Məncə, ən böyük sənətkar elə Allahın (cc) özüdür ki, hər şeyi yoxdan var etmişdir və bu mərhəməti ilə bu dərin mənanın bir damlasının insanoğluna, xüsusilə də sənətkarlara bəxş edərək bu mənanın sənət vasitəsilə digər insanlara çatdıra bilsin. Bu əslində Onun (cc) rəhmətidir.
Mənim üçün sənət həmişə bir çatdırma vasitəsidir. Hamınız da müşahidə etdiyi kimi, mən bütün filmlərimdə hadisələrə insani dəyərlərdən yanaşıram. Humanist olmaq dərin mənada mərifət və irfanla hərəkət edərək mümkün ola bilər. Dolayısı ilə mən kinonu və ya sənəti öz baxışımdan belə dəyərləndirirəm; İnsanın daxilindəki o dərin mənanın, irfanın aşkara çıxarılması və digər insanlara çatdırılması.”
İran Kinomataqrafında yeni
üslub - Fitrət dili
Sənətkar və siyasət
"Təqribən 8-9 il bundan əvvəl Danimarkada bir film festivalında mənim filmim nümayiş olunacaq və mənə bir mükafat verilməli idi. Səfərə çıxmağıma bir neçə gün qalmış Həzrəti Peyğəmbərimizlə (ə) bağlı rəzil karikatura hadisəsi meydana gəldi. Mən təyyarə biletimi alsam da, bu hadisədən sonra şübhəyə düşdüm. Mənim etiqadımla oynanılmış, mənim müqəddəs bildiyim insanın hər hansı yolla alçaldılmasına çalışılmış və mən də onlardan mükafat alacaqdım. Bunu özümə yaraşdırmadım və festivala belə bir məktib yolladım; "Dəvətiniz və diqqətinizə görə çox təşəkkür edirəm. Ancaq mənim üçün ən dəyərli insan olan Həzrəti Peyğəmbərimizə (s) qarşı edilmiş bir həqarət var, bir hücum var və bunu həzm edə bilmirəm. Təəssüf ki, mən gələ bilməyəcəyəm və sizin tədbirdə iştirak edə bilməyəcəyəm”.
Sonra bunu düşündüm; "Mən bu məktubu yazdım və etiraz etdim, bəs sonra nə
olacaq?. Bununla kifayətlənmək lazımdırmı?” Bu, filmlə bağlı ilk damlalar oldu,
ilk suallar, filmlə bağlı ilk toxumlar o zaman ağlıma gəldi. Və filmin əsasını
o zaman qoymağa başladım. Sonra "əgər mən həqiqətən də İranda bir müsəlman
olaraq dünyaya gəlməsəydim, Qərbdə yaşasaydım və İslamın Qərb mediasında
göstərildiyi kimi görmüş olsaydım, İŞİD-i, Talibanı, çəkilən karikaturaları,
İslamofobiyanı, digər xüsusiyyətləri görmüş olsaydım, görəsən İslamla bağlı nə
düşünərdim” -deyə düşünməyə başladım. Sonra bütün bu narahatlıqları düşünərkən
belə bir qənaətə gəldim ki, boşluqlardan biri də İslam dünyasında, bizdə,
müsəlmanlardadır. Bizlər öz toplumlarımızda belə öz Peyğəmbərimizi (s) dəqiq,
doğru şəkildə tanıda, anlada bilmədiyimiz halda bunu necə qərblilərə, yaxud da
digərlərinə anlada bilərdik?! Davamlı bu barədə düşünə-düşünə belə bir qərara
gəldim. Bu dediklərimi bir nümunə ilə izah edim. Məsələn, 1400 il əvvəl Həzrəti
Rəsulallah (s) qadına necə azadlıq qazandırıb, diri-diri torpağa basdırılan
varlıqdan anaya, ayaqları altında cənnətin olduğu bir ucalığa gətirmiş oldu.
Qadını çox dəyərli bir məqama yüksəltdi. Amma hal-hazırda Məkkə və Mədinənin
yerləşdiyi Səudiyyə Ərəbistanında qadın səs vermək hüququndan tutmuş sürücülük
hüququna kimi bir çox haqlara malik deyil. Dolayısı ilə hələ biz müsəlman
ölkələri belə Quranı, müsəlmanlığı aydın şəkildə tanımamışıq. Nəticədə, "mən
sənətçi olaraq, bir rejissor olaraq bir şey etmək, aləmlərə rəhmət olan
Peyğəmbərimi (s) doğru şəkildə anlatmalıyam” -deyə düşündüm".
Sənətçi və təvazö
"Mümkün qədər bu ağır məsuliyyətin altına girməyə çalışdım və təbii ki, müvəffəq olduğumu söyləyə bilmərəm. Həzrəti Peyğəmbərimiz (s) bir okeandır, mən ondan ancaq bir damla, bir qətrə göstərə bildim. Hətta, bəlkə də heç onu da nümayiş etdirə bilməmişəm. Bunun üçün əlimdən gələni etdim. Digər insanların da Həzrəti Peyğəmbərimizi (s) doğru anlaması üçün səy göstərdim.
Filmin çəkilişi təqribən 7 il çəkdi. Bu illərdə Qum və Tehran şəhərləri arasında rəmzi Məkkə və Mədinə şəhərləri tikildi. Bu çəkiliş meydançaları bundan sonra 30-40 il ərzində də istifadə olunacaq səviyyədə tikildi. Sonrakı illərdə çəkilişlər və digər işlər davam etdi. Bu flmdə biz hər biri öz sahəsinin dünyadakı ən yaxşı mütəxəssisləri ilə işlədik və ən yüksək keyfiyyətdə ola biləcək bir filmi ortaya çıxarmağa çalışdıq. Amma bununla yanaşı İslam aləminin bu gün bu film üçün nələr etdiyini bilmək istəsəniz, deyim ki, Misir və Səudiyyə Ərəbistanı onu qadağan və haram elan etdilər. Həm də heç filmə baxmadan”."Bəli, mən Allahın Elçisi Məhəmməd (s)” filminin ən yüksək keyfiyyətdə işlənməsi üçün əlimdən gələni etdim, amma bəzi müsəlman ölkələri filmə maraq göstərmədilər. Əslində bu, niyə belə bir vəziyyətdə olduğumuzu göstərən faktdır. Belə bir vəziyyətdə Həzrəti Rəsulullahla (s) bağlı indiyə qədər niyə ancaq 2 filmin çəkilməsinin səbəbləri aydın olur.
Bu filmi çəkməkdəki məqsədimiz xüsusilə də bu olmuşdur ki, İslam aləmindəki fikir ayrılıqlarına son qoyaq və vəhdəti təmin edək. Bu nəticəni əldə edə bilmək üçün çəkiliş zamanı Həzrəti Rəsulullahın (s) həyatına dair həm sünni, həm də şiə alimlərinin ən kiçik şübhə oyandıra bilməyəcək, mübahisə doğurmayacaq kitablarından istifadə etdim. Əsas hədəfim bu idi ki, İslam dünyasındakı bu gərginlik və fikir ayrılıqları aradan getsin. Bu həssas məqamları nəzərə alaraq 2-2.5 saatlıq filmdə Həzrəti Peyğəmbərin (s) uşaqlıqdakı üzünü belə göstərmədim, yenə də İslam dünyasından etirazlarla qarşılaşdım. Bu filmi qadağan edən və ya haram bilən üləma din, rəhmət, lütf, ruhaniyyətlə bağlı, insanın ilahi bir məqama çatmasını qətiyyən istəməyən bir üləma bu gün İslam adına insanları qətlə yetirən, baş kəsən və terrorlar həyata keçirən terror təşkilatları ilə bağlı heç bir fətva vermir, heç bir söz demirlər. Sonra dəfələrlə özümə sual verdim ki, bu insanlar nədən narahatdıalr, onların dərdi nədir? İslammı? Bu qədər zərbə dəyən Həzrəti Peyğəmbərə (s) həqarətlər edilir, bu insanlar bir addım atmırlar. Və "bunların dərdi ayrı məsələdir” -deyə düşünməyə başladım. Filmə belə reaksiya verən üləma İslam dünyasına bu qədər zərər vuranlarla bağlı, məsum insanlara bu qədər zülm edənlərə qarşı heç bir söz söyləmirlər, bunun qarşısını almırlar. Sonra bu filmi çəkmək barədə düşündüm və bu qərarı verdim. Bunlar İslamın yalnız adını oğurlayıblar və onu öz nüfuzları, siyasi dividentləri uçun istifadə ediblər. İndi də bu addan bu məqsədlər üçün istifadə etməyə davam edirlər”.
"İslam dünyasında yaşanan müharibələrdən çox narahatam. Həzrəti Peyğəmbərin (s)
məcbur qalmadıqca öz arzusu ilə heç bir müharibə etmədi, döyüşməmək üçün
müqavimət göstərdi. Hamınız İslam tarixini bilirsiniz. Həyatı boyu müharibə
əleyhinə olan Həzrəti Peyğəmbər (s) ilkin olaraq qarşı tərəflərlə mübahisəni
sülh yolu ilə həll etməyə çalışmışdır. Hətta böyük müharibələri belə
xatırlayın, yenə də mümkün qədər müharibəni ilk başlayan şəxs olmamağa çalışıb.
Deyək ki, bu səylər alınmadı, müharibə baş tutdu, o zaman müharibə zamanı və
sonrası üçün də verdiyi qərarlarına, atdığı addımlara baxaq. "Bir yerlə
müharibə etdiyiniz zaman oranın ağaclarına zərər vurmayın, sularını
çirkləndirməyin, quşlara zərər vurmayın və onları öldürməyin. Yaşlılara,
uşaqlara, qadınlara əziyyət verməyin, onlara mərhəmət edin. Əsir aldığınız an
əsirlərə zülm etməyin. Özünüz nə yeyirsinizsə, əsirə də ondan verin. Bu
əsirlərdən hər hansı biri sizə bir şey öyrətsə, onu azad edin”.
Bunu düşünmək lazımdır ki, əgər Həzrəti Peyğəmbərimiz (s) müharibə başladığı
zaman bunları bizə tövsiyə edirsə, o halda niyə müharibə edirik?
Peyğəmbərimizin (s) müharibə haqqında dedikləri bir lövhəyə yazılaraq BMT-də
asılmalıdır, bunları bizim Peyğəmbərimiz (s) dünyaya öyrətdi. Bu qaydaları
bizim dinimizin Peyğəmbəri (s) dünyaya gətirdi. Məncə, bütün bunlar İslam
dünyası üçün düşünülmüş xüsusi oyundur, Qərb bəzən İslam aləmindən sui-istifadə
edərək bu oyunları oynayır. Bəzən İslamı belə başkəsən, qətl edən olaraq
göstərmək onların əsas məqsədi olur və təəssüf ki, bəzən bizlər buna alət
oluruq.
"Mən kinoda fitrət dilindən istifadə edilməsi yolunu seçirəm. Bu fitrət dili
ilahi bir dil olaraq da dəyərləndirilə bilər. Misal üçün, bir atanın bir uşağa
məhəbbətini anladacaqsan, bunun ilahi olmadığını, dini olmadığını kimsə deyə
bilməz. Bu bəşəri bir dəyərdir və sənət harda olursa-olsun, bəşəri dəyəri üzə
çıxarmalıdır. Bunu adlandırmaqda nöqsan ola bilər, məsələn, siz deyə
bilərmisiniz ki, hal-hazırda Allahın olmadığı başqa bir yer də vardır? Belə bir
imkan mövcud deyil. Dolayısə ilə dinin olmadığı yer də yoxdur. Buna görə də
əgər bir insan bir şeyi izah edirsə, mütləq bu onsuz da dinin içindədir.
Həyatımızın hər mərhələsi dinə qayıdır”.
İran kinomatoqrafiyası hansı dillə danışdı ki, bu uğurlara yiyəl"Bu dili bir
kəlmə ilə ifadə etməli olsaq, bu, kimlik dilidir. Çünki kimlik dili bir xalqın
ən həzin dilidir. Əgər bir keçmişə, ənənəyə, mədəniyyətə malikdirsə, o zaman o
xalqın dili onun üçün həzin dildir. O millətin hər cür insanı vardır və kimlik
müstəqil olaraq millətin malı olarsa, o xalqın faydasına olar, bu fayda özünü
biruzə verər”.
"Gördüyüm qədəri ilə, xüsusilə də seriallar üzərindən fikir yürüdərsək, bu seriallardakı heç bir obrazda Türkiyənin öz əslinə, mədəniyyət və kültürünə dair dəyərləri ehtiva etməməkdədir. Halbuki Türkiyə şeiri ilə, ədəbiyyatı, kültürü və tarixi ilə çox zəngin bir mədəniyyətə malikdir. Bunu göstərə biləcək imkanlara da malik ikən bambaşqa bir mənzərə görürük. Və mən qorxuram, əslində Türkiyə özü öz başına oyun açır?! Bu, Türkiyənin öz mədəniyyətini məhv edir. Ailə arasındakı ikili münasibətlər necə belə bərbad edilə bilər? Bu mənada Türkiyənin çox yaxşı rejissorlarının olmasına baxmayaraq, özünə xas irsin və mədəniyyətin əsərlərində əks olunmadığını görürəm”.
"Allahın Elçisi Məhəmməd (s)” filminin ecazkar musiqisi
"Bu illər ərzində Rəhmanla tanış oldum, onun bir çox kino müsiqiləri ilə tanış
oldum və bəyəndim. Sonra bu filmin müsiqisi barədə danışdıq. Mənə görə, bu
filmin ruhuna uyğun çox yaxşı işlər gördü və filmin mahiyyətinə uyğun musiqilər
bəstələdi”.
İslam dünyası və Hollivud
kinosu
1976-cı ildə suriyalı əsilli amerikan ssenarist-rejissor Mustafa Akkadın çəkdiyi "Çağrı” filmindən sonra əziz İslam Peyğəmbərinin (s) həyatına dair hər hansı film çəkilməmişdi. Düz 40 il sonra M.Məcidin səyi ilə "Allahın Elçisi Məhəmməd (s)” filmi ortaya qoyuldu. Təbiidir ki, bu film haqqında mübət və mənfi tonda hələ çox danışılacaq. Lakin hər ikisi bənzərsiz olan bu filmlərin köklü fərqi bu məqamdadır; "Çağrı” filmində sevgili Peyğəmbərimiz (s) döyüşlər, müharibələr üzərindən anladılarkən, "Allahın Elçisi Məhəmməd (s)” filmində bu bənzəsiz şəxsiyyət məhəbbət, ülfət və əxlaq üzərindən insanlara tanıtdırılır.
Məcid Məcidinin "Sərçələrin nəğməsi” adlı filmi 2008-ci ildə Hindistan Beynəlxalq Film Festivalının açılış filmi olub. Yenə həmin ilin yayında Çində təşkil edilən 2008-ci il Yay Olimpiya Oyunlarında Çin hökuməti tərəfindən dəvət edilən M.Məcidi bu nüfuzlu idman yarışında paytaxt Pekinin tanıtımı üçün bir sənədli film çəkib. Peyğəmbərimizə (s) istinad edilən karikaturaların yayınlandığı Danimarkaya etiraz edərək bu ölkədən gələn təklifli rədd edib, Danimarka Film Festivalını boykot edib. O, "Cənnət uşaqları”, "Yağış”, "İlahi rəng”, "Sərçələrin nəğməsi” kimi Azəarbaycan izləyicilərinə də yaxşı tanış olan və tanış olmayan bir sıra digər filmlərə rejissorluq edib.
Maide.az üçün hazırladı:
Araşdırmaçı-yazar Mehdi Fərəc