IQNA

Azərbaycanlılar imamların (ə) adlarını sevə-sevə övladlarına qoyurlar

10:34 - November 06, 2016
Xəbər sayı: 3480963
Tehran, 06.11.2016 – Azərbaycanda Ərəb mənşəli adlar, o cümlədən Əhl-Beyt (ə) imamlarının adları hələ də uşaqlar üçün seçilən adların ən çoxunu təşkil edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "http://www.dana.ir/" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Azərbaycanda son on ayda uşaqlar üçün adların seçilməsi barədə yayılan hesabata əsasən Azərbaycanda Ərəb mənşəli adlar, o cümlədən Əhl-Beyt (ə) imamlarının adları hələ də oğlan və qız uşaqları üçün seçilən adların ən çoxunu təşkil edirlər.

Bu adların arasında Yusif, Hüseyn və Əli adları oğlan uşaqları üçün seçilən adlar arasında birinci, ikinci və üçüncü yerləri bölüşürlər. Zəhra adı isə qız uşaqları üçün seçilən adlar arasında birinci yeri tutur.

Hesabata görə Yusif 2698, Hüseyn 1808, Əli 1746, Ömər 1378, Məhəmməd 1126, Zəhra 2338, Nuray 1742, Fatimə 1512, Zeynəb 1446 və Aylin 1341 nəfər uşaq üçün ad seçilməklə ən çox seçilən adlar arasında ilk onluğu təşkil edirlər.

REPORT informasiya blokunun yaydığı xəbərə görə, Azərbaycan respublikasının müstəqillik illərinin ilk 20 ilində Tunar, Murad, Ayxan, Uğar, İbrahim, Məryəm, Ayan, Mələk, Mədinə və Dəniz adları 885-dən 1051 nəfərədək üçün seçilərək ən çox qoyulan adları təşkil ediblər.

Azərbaycanın rəsmi hesabat dairələrinin yaydıqları məlumatlara əsasən ölkədə uşaqlar üçün seçilən adların əksəriyyəti fars və ərəb mənşəli adlar olur.

http://iqna.ir/fa/news/3543460


captcha