IQNA

10:22 - November 08, 2016
Xəbər sayı: 3480973
Tehran, 08.11.2016 – Kütləvi məzarlıq İŞİD silahlılarından təmizlənmiş Həmmam əl- Əlil şəhərində, təhsil müəssisəsində tapılıb.


İraqın Mosul şəhəri yaxınlığında kütləvi məzarlıq aşkarlanıb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Apa-a istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri məlumat verib.

Kütləvi məzarlıq İŞİD silahlılarından təmizlənmiş Həmmam əl- Əlil şəhərində, təhsil müəssisəsində tapılıb. Məzarlıqda başı kəsilən 100 mülkü şəxsin meyitinin aşkarlandığı bildirilir. Məlumata görə, hadisə yerinə mütəxəssislər göndərilib.

"İŞİD quldurlarının xalqımıza qarşı cinayətləri davam edir”, İraq hərbçilərinin bəyanatında deyilir.

Qeyd edək ki, bundan əvvəl Fəlluca şəhərində 400-dən artıq insanın dəfn edildiyi kütləvi məzarlıq aşkarlanıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: