IQNA

14:17 - November 13, 2016
Xəbər sayı: 3480990
Tehran, 13.11.2016 - İŞİD terrorçularından bir qismi Mosulu tərk edib, digər qismi isə İraq ordusuna qarşı kimyəvi silahlardan istifadə edir.



İŞİD Mosulda kimyəvi silahdan istifadə edib


İQNA, İnterAz-a istinadən xəbər verir ki, İnsan Haqları Müşahidə Təşkilatının (Human Rights Watch) verdiyi bəyanata görə, İraq ordusunun Mosul əməliyyatlarında qazandığı uğurlardan sonra İŞİD terrorçuları müxtəlif yollara əl atıblar. O cümlədən İraq ordu qüvvələrinə qarşı kimyəvi silahlardan istifadə ediblər.

Sözü gedən təşkilatın sədr müavini Lama Fakih cümə günü keçirilən bir tədbirdə çıxışı zamanı deyib:

"İŞİD terrorçularından bir qismi Mosulu tərk etməkdə, digər qismi isə İraq ordusuna qarşı döyüşməkdədir. Onlar kimyəvi silahlardan istifadə ediblər. Bunlardan əlavə, Mosul əhalisinə qarşı amansız davranırlar”.

Onun sözlərinə görə, İŞİD terrorçuları insan həyatına heç bir dəyər göstərmir, kimyəvi və zəhərli silahlardan istifadə etməklə kütləvi insan həlakına və iflic olmasına səbəb olurlar.


Teqlər: İŞİD ، Mosul ، kimyevi silah ، iqna ، İKNA ، ، ،
Ad:
E-poçt:
* Comment:
* captcha: