IQNA

Şəhidlərin çoxu iranlıdır;
19:43 - November 24, 2016
Xəbər sayı: 3481044
İraqın Babil əyalətində yanacaqdoldurma məntəqsində baş verən terror partlayışında 80 nəfər ƏRBƏİN zəvvarı şəhid oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, Cüməaxşamı günü, günortadan sonra Kərbəladan ƏRBƏİN ziyarətindən dönən zəvvarlara İraqın Babil əyalətinin Hillə şəhər yanacaqdoldurmaq məntəqəsində terror hücumu olub.

Bu gün baş verən bu terror partlayışıda 80 nəfərdən çox ƏRBƏİN zəvvarı şəhid olub. Şəhidlərin çoxunun iranlı olduğu deyilir. Şəhidlər arasında İraq və Bəhreyn vətəndaşları da var.

İraqın polis məmurlarının verdiyi məlumata görə terror hücumu zamanı ən azı yeddi sərnişin maşını və zəvvarların avtobusu yanacaqdoldurma məntəqəsində yanacaq doldurmaq üçün növbədə olub.

İraq dövləti polis və təciliyardım maşınlarını hadisə yerinə ezam edib.

İranın İraqdakı baş konsulu hadisə zamanı iranlıların da şəhid olduğunu təsdiq edib.

Hadisənin məsuliyyətini təkfirçi, terrorist və vəhabi qruplaşması İŞİD öz üzərinə götürüb.

http://iqna.ir/fa/news/3548617



Teqlər: terror ، iraq ، əRBƏİN ، İQNA ، İran ، Hillə
Ad:
E-poçt:
* Comment:
* captcha: