Beynəlxalq Quran Xəbər
Agentliyi (İQN A) İnterAz-a istinadla xəbər verir ki, Almaniyada
bir uşaq bağçasında işləyən türk əsilli Almaniya vətəndaşı olan müəllimənin
müraciətinə baxan Konstitusiya Məhkəməsi, müəllimənin hicablı şəkildə işləyə
biləcəyinə hökm verib.
Məhkəmənin verdiyi qərarda, müsəlman qadınların istifadə etdiyi hicabın uşaq
bağçasında bir təlimçi tərəfindən taxılmasının "konkret təhlükə" yaratmadığı
qeyd olunub. Qərarda, həmçinin bu cür hicab taxılmasında missionerlik etmə təsirinin
də olmadığı vurğulanıb.
Eyni zamanda hicabın Almaniyada nadir rast gəlinən bir hal olmadığına vurğu
edilərək, əksinə bunun çox vaxt cəmiyyətin gündəlik həyatını əks etdirdiyi qeyd
olunub.
Konstitusiya Məhkəməsi həmin müəllimə barəsində, 2008-ci ildə Ştutqart məhkəməsinin,
2009-cu ildə Baden-Vürtenberq əyalət məhkəməsinin və 2010-cu ildə Federal İş Məhkəməsinin
verdiyi qərarları din azadlığını pozması əsası ilə ləğv edib və işin yenidən
qiymətləndirilməsi üçün Baden-Vürtenberq Əyalət Məhkəməsinə göndərib.