İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Sudanın İrşad və Vəqflər Nazirliyi ölkənin bəzi əyalətlərində 1875 nüsxə Quran- Kərimi kitab bazarına paylanılmamışdan öncə çap səhvinə görə müsadirə edib.
Əmmar Mirğəni - Sudanın İrşad və Vəqflər Naziri, başçılıq etdiyi nazirliyin cari ildə göstərdiyi xidmətlər və gələn üçün icrasını nəzərdə tutduqları proqramlar barədə Sudan parlamentində məruzə çıxışında dedi: Sudanın İrşad və Vəqflər Nazirliyi ölkənin bəzi əyalətlərində 1875 nüsxə Quran- Kərimi kitab bazarına paylanılmamışdan öncə çap səhvinə görə müsadirə edib.
Sudanın İrşad və Vəqflər Naziri əlavə etdi: Bu nazirlik ölkənin Quran- Kərimin çapı və nəşri ilə məşğul olan nəşriyyat və çapxanalarına göstəriş verib ki, Quran-Kərimin "Durinin Əbi Əmrdən rəvayət" ilə yazılan nüsxələrinin çapını dayandırsın, çünki bu nüsxənin öz əsli ilə ciddi fərqi var.
Əmmar Mirğəni - Sudanın İrşad və Vəqflər Naziri, vurğuladı: Quran- Kərimin çap və nəşrinə nəzarət komitəsi üçün qanun və qaydaların yazılışı üçün lazım olan tədbirlər görülmüşdür və bu qanun layihəsi yoxlanılma və yenidən baxılması üçün bu barədə ixtisaslaşmış qrumlara verilmişdir ki, baxıldıqdan sonra nazirlər heyətinə təqdim ediləcəkdir.
http://iqna.ir/fa/news/3551388