Beynəlxalq Quran xəbər Agentliyi (İQNA)-nın
İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, geyim məsələsinin çox həssas mövzu olduğunu bildirən Vladimer Putin hicab barədə deyib: "Avropa ölkələrinin çoxunda bu barədə məhdudiyyət mövcuddur. Bu məsələ qanun çərçivəsində həll olmalıdır. Məktəblər şagirdlər üçün formanı təyin edə bilər, lakin əgər fərdi hüquqlar tapdalanarsa bu barədə araşdırma aparılmalıdır. Bu bizim görə biləcəyimiz ən az işdir. Rusiya sekular bir ölkədir və ölkəmizdə bütün din nümayəndələrinə hörmətlə yanaşılır. Bu çox mühüm məsələdir və bunun əhəmiyyətini unutmaq lazım deyil.”