Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Eastnews.org-a istinadla xəbər verir ki, Bu barədə iraqlı mənbələr məlumat verib. İraq təhlükəsizlik qüvvələri dünən Mosulun əş-Şura ərazisində içində 15 cəsədin olduğu kütləvi bir məzar aşkar edib.
Bu adamların İŞİD terror təşkilatı tərəfindən edam edildikləri bildirilir. Ötən həftə də İraq polisi Mosulun cənubunda yerləşən Hammam əl-Əlildə 100 cəsədin olduğu kütləvi məzar aşkar etmişdi.
İŞİD terror təşkilatı əhalidə qorxu yaratmaq və onların hökumət qüvvələri ilə əməkdaşlıqda olmalarını əngəlləmək məqsədilə kütləvi edamlar həyata keçirir.