İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Cəzirə" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Savadsızlıqdan əziyyət çəkən 67 min qadın məsicdlərdə keçirilən savadsızlıqla mübarizə layihəsinin dərnəklərində Quran-Kərimin ayələrini yazaraq yazıb-oxumaq savadına malik olublar.
Mərakeşin Vəfqlər Nazirliyi savadsızlıqla mübarizə yönündə məscidlərdə yazmaq və oxumaq təlimlərinin keçirilməsi layihəsi çərçivəsində savadsız qadınlara yazıb-oxumaq təlimi kursları təşkil edib.
Mərakeşli qadınların 67 min nəfəri məscidlərdə keçirilən oxumaq və yazmaq dərnəklərində iştirak edərək yazıb-oxumağı öyrəniblər. Onlar savadsızlıqla mübarizə layihəsi çərçivəsində təşkil olunan təlim kurslarında Quran-Kərimin bütün ayələrini bir dəfə yenidən yazıblar.
Bu 67 min savadsız qadın 3 aylıq qısa təlim kurslarını başa vurduqdan sonra yazıb-oxumağı öyrənməklə yanaşı, həm də Quran-Kərimin 77 min sözdən təşkil olunmuş bütün ayələrini yenidən Osmanlı rəsmxətti ilə xəttatlıq və kitabət edib. Bu layihədə hər xanım Quran-Kərimin bir sözünü yazaraq bütün ayələri yazmış olublar.
Xəttatlıqda və rəsmxəttdə bacarığı olan qadınlar isə Quran-Kərimin üz qabığı üçün Mərakeşin milli Quran nüsxəsinin cildinin dizaynının oxşarını hazırlayıblar.
Mərakeşin Vəfqlər Naziri yeni hazırlanmış bu Quran nüsxəsini Padşah 6. Məhəmmədə təqdim edib.