IQNA

Ustad Həmdi Mahmud Zamilin tilavətdə şah əsəri + Endir

20:58 - January 02, 2017
Xəbər sayı: 3481216
Vyananın İmam Əli (ə) İslam Mərkəzinin teleqram kanalı məşhur misirli qari Ustad Həmdi Mahmud Zamilinin ən gözəl tilavətlərindən birini paylaşıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Vyananın İmam Əli (ə) İslam Mərkəzinin teleqram kanalı məşhur misirli qari mərhum Ustad Həmdi Mahmud Zamilinin ən gözəl tilavətlərindən birini paylaşaraq bu tilavətin Ustadın şah əsəri olduğunu vurğulayıb.

Ustad Həmdi Mahmud Zamil Misirin məşhur və görkəmli qarilərindən olub. O, 1929-cu ilin Dekabr ayının 22-də Misirin Mənsurə əyalətinin "Münəyyə" kəndində dünyaya göz açmışdır.

İslam dünyasının bu seçilmiş və tanınmış Quran qarisi 10 yaşında ikən dayısı Ustad Mustafa İbrahimin yanında Quranı hifz elədi.

Ustad Həmdi Mahmud Zamil elə uşaq yaşlarında ikən öz əyalətində "kiçik ustad" ləqəbini qazandı. Və kəndçiləri həmişə böyük həvəslə onun tilavətlərini dinləyirdilər.

İslam dünyasının tanınmış Quran ustadı Əbdül-Basit Məhəmməd Əbdüs-Səməd onun barəsində deyib: "Əgər bütün Quran qariləri bir məclisdə bir yerə toplanarlarsa, bu məclisdə təkcə Ustad Həmdi Mahmud Zamil qiraət etmək şəninə və məqamına layiqdir".

Ustad Həmdi Mahmud Zamil 20 il diyabetdən əziyyət çəkdikdən sonra 1982-ci ilin May ayının 12-də fani dünya ilə vidalaşdı.

Aşağıdakı linkdə Ustadın "Fürqan, Naziat və Mütəffifin" surələrindən tilavət etdiyi hissələri endirə və dinləyə bilərsiniz.

3558683



captcha