ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəhbərlik etdiyi İŞİD ilə mübarizə məqsədilə yaradılan Qərarlılıq Əməliyyatları Birləşmiş Vəzifə Qüvvələri (CJTF-OIR) koalisiya hücumlarının başlanğıcından bu yana İraq və Suriyada 188 dinc sakinin "səhvən" öldürüldüyünü açıqlayıb.
Beynəlxalq Quran Xəbər Agtentliyi (İQNA) İslamazeri.az-a istinadən xəbər verir ki, CJTF-OIR-dan verilən açıqlamada noyabr ayında İraq və Suriyadakı mülki itkilərə dair alınan 16 hesabatın 5 dənəsinin etibarlı sübutlara əsaslandığı qeyd edilərkən, 6 noyabrda İraqın Şəhid-Yunus əs-Sab, 26 və 29 noyabrda Mosul, 21 noyabrda Suriyanın Səlahiyə və 26 noyabrda da Raqqadakı hava hücumlarında 15 mülki vətəndaşın öldürüldüyü ifadə edilib:
"Koalisiya hücumlarının başlamasından etibarən bu günə qədər əldə edilən göstəricilərin qiymətləndirilməsi nəticəsində Qərarlılıq Əməliyyatı hücumları çərçivəsində ən az 188 sivilin öldürüldüyü qənaətinə gəlinir. CJTF-OIR qüvvələri İraq və Suriyada İŞİD-in məhv edilməsi fəaliyyətləri zamanı qərəzsiz olaraq ölümünə səbəb olunan mülki sivillərə görə böyük kədər hissi duymaqda və həyatını itirənlərin ailələrinə ən dərin başsağlığı arzulayır."