Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, gözəllik salonu Bruklində yerləşir və Nyu-Yorkun digər gözəllik salonlarından fərqli olaraq bu gözəllik salonuna kişilərin girişi qadağandır.
Sözü gedən gözəllik salonun sahibiHedi Qovaşi adlı müsəlman xanımdır.
"Hicablı xanımlar Qərb ölkələrində
inanclarına görə, gözəllik salonlarının xidmətlərindən istifadə edə bilmir.
Düşündüm ki, onların rifahını təmin etmək üçün belə bir addım atım. Hicablı
xanımlar heç bir çətinlik çəkmədən bu salonun xidmətlərindən istifadə edə
bilər”. - deyə öz çıxışındaHedi Qovaşi bunları bildirib.